Körpəniz çox məşğuldur və yeməkdən yayınır? Südlü Bebi Premium 7 taxıl yarması - ona lazım olan budur! Yarmanın tərkibinə daxil olan taxıllar körpənizə ən çox fayda vermək üçün seçilib. Buğda, yulaf, düyü, darı, arpa, qarğıdalı və çovdarın birləşməsi yeməyin dadını canlı və doyumlu edir və həm də uzun müddət toxluq təmin edir. Yeni qablaşdırmada Bebi Premium yarması isə təkcə körpəni deyil, həm də ananı sevindirəcək! İndi onu açmaq, istifadə etmək və saxlamaq asandır! İlk aylarda körpənin ana südü ilə qidalanmasını təmin etmək vacibdir – çünki bu, körpə üçün ən uyğun qidadır.