
Müştəri Şikayətləri və Müştəri Təcrübəsinin İdarə Edilməsi üzrə mütəxəssis

Razılaşma yolu ilə
Müştəri Şikayətləri və Müştəri Təcrübəsinin İdarə Edilməsi üzrə mütəxəssis
SatılırİşlənmişBu gün
Tarix
Nömrə№1733093
Təsvir
Əsas tələblər:
Ali təhsil
Komputer bilikləri: MS Office - yaxşı
Dil bilikləri: Azərbaycan-əla, rus dili üstünlükdür
Fərdi keyfiyyət göstəriciləri:
Məsuliyyətlilik
Komandada işləmək bacarığı
Ünsiyyət qurma bacarığı
İş barədə:
Müştəri müraciətlərinin qəbulu və qeydiyyatı;
Telefon, sosial media, elektron poçt, satış kanalları, distribütorlar, zavod və digər kanallardan daxil olan müştəri şikayət, irad, təklif və rəylərini qəbul etmək;
Hər bir müraciəti müəyyən edilmiş sistemdə/CRM-də və ya müvafiq qeydiyyat bazasında qeydiyyata almaq;
Müraciətin tarixini, müştəri məlumatlarını, məhsulun adını, partiya/batch məlumatlarını; satış nöqtəsini, problemin mahiyyətini və digər vacib detalları qeyd etmək
Müraciətləri mövzu və prioritet üzrə təsnifləndirmək;
Müraciəti aidiyyəti şöbəyə ötürüldükdən sonra nəticəyədək izləmək;
Müştəriyə araşdırmanın gedişi barədə zəruri hallarda məlumat vermək;
Yekun qərarı və görülmüş tədbiri müştəriyə çatdırmaq;
Müştərinin probleminin həll olunub-olunmadığını müəyyən etmək;
Marketinq departamentinə müntəzəm hesabatların hazırlanması;
Müştəri rəylərindən məhsul və brend haqqında əsas insight-ları müəyyən etmək;
Bazarda rəqiblərlə bağlı müştəri fikirlərini ayrıca qeyd etmək;
Marketinq kampaniyalarının müştərilər tərəfindən necə qəbul edildiyini müəyyən etmək;
İş vaxtının norması:
5 günlük iş rejimi
Saat - 09:00/18:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Nahar şirkət təmin edilir
Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:
Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Müştəri Şikayətləri və Müştəri Təcrübəsinin İdarə Edilməsi üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: 099 900 35 89
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 03.10.2026
Bənzər elanlar



Razılaşma yolu ilə
(İnşaatçılar filialı) Kassa xidməti üzrə kiçik mütəxəssis / mütəxəssis
BakıDünən 20:34


Dizayn Xidmeti










