“ASK Biznes Konsaltiqn” MMC “ mütəxəssis” vəzifəsi üçün vakansiya elan edir!
Vəzifə öhdəlikləri
Məktubların qəbul edilməsi, qeydiyyatı və işçilərə çatdırılması;
Həftəlik kalendarın hazırlanması;
Ofisdə keçiriləcək görüşlər barədə məlumat verilməsi;
Ofisdə keçiriləcək görüşlərin təşkil edilməsi;
ASK Biznes Konsaltinq MMC-nin iş planı, hesabatı və arayışının hazırlanmasında köməklik;
ASK Biznes Konsaltinq MMC-nin məqsədlərindən irəli gələn digər vəzifələri yerinə yetirmək.
Layihələr üzrə sənədləşməni aparmaq;
Layihələrin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin etmək;
Bütün işlərlə bağlı rəhbərliyə hesabat vermək;
Rəhbərlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.
Namizəd üçün irəli sürülən tələblər:
Ali təhsil;
Ən azı 1 il iş təcrübəsi;
Rus dili (sərbəst yazı və danışıq qabiliyyəti);
İngilis dili (sərbəst yazı və danışıq qabiliyyəti);
MS Office proqramlarında işləmə bacarığı;
Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;
Komandada işləmək və idarəetmə bacarığı.
İş şərtləri:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
İş vaxtı 09:00 – 18:00
İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər:
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.
Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı - “ASK Biznes Konsaltinq MMC-nin mütəxəssisi” yazılmalıdır.
Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.
Son müraciət tarixi: 21.10.2026