Müxtəlif ehtiyaclar üçün əlil arabası – satış və icarə. Şəkildəki model yüngül alüminium gövdəli, əl ilə idarə olunan klassik tipdir. Geniş oturacaq və bel hissəsi suya davamlı, təmizlənməsi asan materialdandır. Qolaltılar rahatdır, ayaqaltılar tənzimlənir və qatlanır. Ön təkərlər manevr üçün kiçik və çevik, arxa təkərlər iri ölçülü və əl halqaları ilə itələmə üçün uyğundur. Ev içində və açıq məkanda istifadəyə yararlıdır, saxlanma və daşınma üçün qatlanan konstruksiyaya malikdir.
İcarə: günü 5 AZN.