

İnkişaf dövrü balanın həyatında mühüm mərhələdir. Bu vaxt böyük dəyişikliklər və yeni kəşflər dövrüdür. Buna görə də erkən yaşda balanın inkişafını əlavə dəstəkləyən məhsulla təmin edilməsi vacibdir. “ROYAL CANIN® Mini Puppy parçalar sousda” məhsulu kiçik cins itlərin balaları üçün (böyüyən itlərin çəkisi 10 kq-a qədər) onların xüsusi qida ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. “ROYAL CANIN® Mini Puppy parçalar sousda” məhsulunun tərkibində immun sisteminin formalaşma dövründə gücləndirilməsi üçün lazım olan E vitamini daxil olmaqla xüsusi antioksidant kompleks mövcuddur. ROYAL CANIN® Mini Puppy parçalar sousda əlavə olaraq həzm sisteminin sağlamlığına kömək edici qida maddələri kompleksi ilə zəngindir. Məhsul balanızın intensiv inkişaf dövründə enerji xərclərini qarşılamaq üçün artılmış kaloriliyə malikdir. Hər bir itin fərdi üstünlüklərini təmin etmək üçün ROYAL CANIN® Mini Puppy həmçinin ləzzətli xırt-xırt quru qida şəklində istehsal olunur. Əgər itiniz üçün qarışıq qidalanma seçmisinizsə, heyvanınızın sağlamlığı üçün optimal nisbətlərdə quru və yaş qidanı birləşdirmək üçün tövsiyə olunan qidalanma normlarına əməl edin.














