Təhlükəsizlik şöbəsinin işçiləri və rəhbərliyə məlumat verilməsi üçün qeydiyyat jurnalında təhlükəsizliklə bağlı bütün hadisələri qeydə almaq.Vestibüllər, dəhlizlər, qonaq otaqları və ictimai ərazilərdə keşik çəkmək, eyni zamanda heç bir yanğın, təhlükəsiz şəraitlər və / yaxud çatışmayan, ya da işləməyən təhlükəsizlik avadanlıqlarının olmadığına əmin olmaq.Kömək üçün hər hansı çağırışlarda iştirak etmək.Açarların verilməsi ilə bağlı otel siyasət və prosedurlarına hər zaman riayət olunmasını təmin etmək.Bütün qonaqlar, o cümlədən təchizatçılar, podratçılar, yarım-ştat işçilər, əməkdaşlar və s. tərəfindən təhlükəsizlik vəsiqələrinin verilməsi ilə əlaqəli otelin siyasət və prosedurlarına riayət olunduğunu təmin etmək.İşçilərin giriş qapısı, nəzarət otağı, gözətçi otağı, əsas giriş, eləcə də otelin avtomobil yolu kimi təyin edilmiş postlar üçün tapşırıqlar və öhdəliklərin hər zaman peşəkar səviyyədə yerinə yetirilməsini təmin etmək.Fövqəladə vəziyyətlərdə təyin edilmiş tapşırıqlara köməklik göstərmək.Oteldə yanğın zamanı və təxliyə prosesində təyin edilmiş öhdəlikləri yerinə yetirməyə kömək etmək.Təxliyə çıxışlarının hər zaman maneəsiz olduğunu təmin etmək.Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; hər hansı problem yarandıqda, dərhal kömək üçün müraciət etmək.Otelin planına daxil olan hər bir element, o cümlədən suçiləmə sistemi, tüstü detektorları, yanğınla mübarizə avadanlıqları, qəza çıxışları, yanğına nəzarət otağı, yanğın indikatoru panelləri, qəza təxliyəsi, ümumi məlumatlandırma sistemləri (radioqovşaq), oteldən kənarda yerləşən fövqəladə toplantı ərazisi, yanğın / bomba təhlükəsi və təhlükəsizlik prosedurları, otelin xidməti liftləri və təcili tibbi yardım avadanlıqlarının yerləri və iş funksiyaları haqqında məlumatlı olmaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Orta səviyyəli
Şirkət: TABIA Group LLC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/tabia/tabia-nezaretci-15486895/apply