Nissan Note, 2012 il, 1.5 L, 115 707 km
Avtomobil xaricdən özümüz tərəfindən gətirilib. Kuzada deformasiya yoxdur. Texniki pasport öz adımdadır.
Mühərrik tam sağlam vəziyyətdədir. Səsi və küyü yoxdur, yağ azaltmır. 95 oktan benzinlə işləyir. Mühərrik yağı dəyişdirilib.
Karobka rahat və problemsiz işləyir.
Xadavoy üzrə bir sıra hissələr yenilənib:
- Sırğalar
- Qranatlar və qranat rezinləri
- Amortizatorlar
- Amortizator poduşkaları
Həmçinin:
- Zaslonka yuyulub
- Forsunkalar yuyulub
- Sveçalar yenilənib
- Razval və balans olunub
- Təkərlər təzədir
- Akkumulyator yenidir
Avtomobildə video registrator, monitor və açarsız işə salma sistemi mövcuddur.
Salon səliqəli vəziyyətdədir. Kosmetik xərc tələb etmir.
Yürüş: 115 707 km.
Maşın texniki cəhətdən baxımlı və hazır vəziyyətdədir. Alıcı istədiyi ustaya göstərib yoxlada bilər.
Real alıcıya avtomobil ətraflı şəkildə göstəriləcək.