Bu ətir dünyanın ən sürətlə inkişaf edən parfüm şirkətlərindən biri olan “Seluz” türk parfüm evi tərəfindən hazırlanmışdır. İstanbul şəhərində yerləşən “Seluz” şirkətinin qərargahının ümumi sahəsi 17000 kvadrat metrdir. Şirkət ən müxtəlif məhsul qruplarının ətirləri üçün həllər təklif edir. “Seluz” şirkəti məhsullarının bütün tərkib elementləri Beynəlxalq Ətirlər Assosiasiyasının (IRFA) ən son standartlarına uyğun olaraq istehsal edilir və hazırlanır. Limonun təzə qoxusu, yaşıl çay və şaftalı ilə harmanlanır. Marshmallow və vanil isə şirin və qadınsı bir finiş verir.