Lovely Doll oyun dəsti - kiçik şahzadələr üçün gözəl bir kukladır. Yüksək keyfiyyətli təhlükəsiz plastikdən hazırlanmışdır. Kukla ilə birgə müxtəlif aksesuarlar verilir ki, bunlar uşağın maraqlı süjetlər yaratmasına və kukla ilə birgə oynamasına imkan yaradır. Kukla bir qız uşağını təmsil edir və 3-7 yaş arası uşaqlar üçün uyğundur. Bu kukla vasitəsilə kiçik qızcığaz təxəyyülünü, fantaziyasını və əl motorikasını inkişaf etdirə biləcəkdir. Kuklanı daramaq olar ki, bu da oyun situasiyalarına reallıq qatacaqdır. Kuklanın hündürlüyü 30 sm-dir. Çində istehsal olunub.