Mövcud mağaza formatlarının müştəri ehtiyacları, davranışları və kommersiya məqsədləri nəzərə alınmaqla təkmilləşdirilməsi və inkişaf etdirilməsi;Mağaza interyerinin, sərgiləmə zonalarının və stend dizaynlarının müştəriyönümlü yanaşma əsasında formalaşdırılması, brend standartlarına uyğunluğunun və vizual cəlbediciliyinin təmin edilməsi;Müştəri hərəkət trayektoriyası, məhsulla təmas nöqtələri, görünürlük və alış qərarına təsir edən amillər əsasında mağazadaxili sərgiləmə və kommunikasiya həllərinin hazırlanması;Mağaza daxilində yeni reklam və kommunikasiya modellərinin potensial yerlərinin müəyyənləşdirilməsi, konseptinin hazırlanması və tətbiqinin idarə edilməsi;İnteryer dizayn və merçendayzinq komandaları ilə koordinasiyalı şəkildə mağazaların reformatı, interyer konsepsiyasının inkişafı və məhsulların kateqoriya, görünürlük prinsiplərinə uyğun yerləşdirilməsinin təmin edilməsi;Yeni açılan mağazalar üçün interyer, stend dizaynı, məhsul sərgilənməsi, müştəri axını və kommunikasiya zonaları üzrə konseptual həllərin hazırlanması və tətbiqinin koordinasiyası;Yeni konsepsiya və innovativ həllərin araşdırılması, pilot layihələrin həyata keçirilməsi, nəticələrin qiymətləndirilməsi və effektiv həllərin digər mağazalarda tətbiqi;Mağaza mühitinin müştəri təcrübəsinə və satış effektivliyinə təsirinin təhlili, nəticələr əsasında optimizasiya tədbirlərinin görülməsi.
Tələblər:
Ali təhsil (Dizayn, Memarlıq, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);Retail/FMCG sektorunda minimum 3 il iş təcrübəsi;Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili bilikləri üstünlükdür;Merçendayzinq, mağaza formatlarının inkişafı, retail dizayn və ya vizual sərgiləmə sahəsində təcrübə;İnteryer dizaynı, mağaza planlaması və müştəri təcrübəsinin formalaşdırılması üzrə biliklər;Müştəri davranışları və alış qərarlarına təsir edən amillər barədə anlayış;Analitik düşüncə, güclü araşdırma və problem həll etmə bacarığı;Kreativ, yenilikçi və nəticəyönümlü yanaşma;Layihələrin koordinasiyası və müxtəlif komandalarla effektiv əməkdaşlıq bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: Kontakt Home
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-perakende-marketinq-uzre-menecer-retail-marketing-manager-78144/apply