Peşəkar konveksiya sobası / çörək və şirniyyat üçün buxarlı soba
Paslanmayan poladdan hazırlanmış peşəkar mətbəx sobasıdır. Böyük ön şüşəli qapı sayəsində bişirmə prosesi rahat izlənilir. Daxildə fan sistemi mövcuddur, bu da istiliyin kamerada bərabər paylanmasına kömək edir.
Xüsusiyyətləri:
- Konveksiya sistemi
- Buxar/nəmləndirmə funksiyası
- Temperatur tənzimləmə düyməsi
- Rütubət tənzimləmə düyməsi
- Göstərici işıqları: power, temperature, humidity
- Geniş daxili kamera
- Bir neçə səviyyəli list yerləşdirmə imkanı
- Şüşəli qapı və metal tutacaq
- Paslanmayan polad korpus
Şəkillərdə göründüyü kimi, içərisində listlər və yan relslər var. Çörək, bulkalar, kruassan, piroq, pizza, peçenye və müxtəlif un məmulatlarının bişirilməsi üçün uyğundur. Kafe, restoran, şirniyyat sexi, çörəkbişirmə və digər ictimai iaşə obyektləri üçün əlverişlidir.