Prayk
Qaçış aparatı Ferro Sport İtaliya brendi. F-86+ modeli. Alanda təzə — Koşu simulyatorları, Bakı
950 ₼

Qaçış aparatı Ferro Sport İtaliya brendi. F-86+ modeli. Alanda təzə

SatılırİşlənmişDünən
Şəhər
Bakı
Tarix
Nömrə
№1626857

Təsvir

Qaçış aparatı FERRO Sport İtaliya brendi. F-86+ modeli. Alanda təzə alınıb 1600 manata yəni, ikinci əl deyil. Çox az istifadə olunub, demək olar ki, təzədir. Əsas xüsusiyyətləri aşağıdakılardır: Mühərrik gücü: 3 at gücü Maksimal sürət: 16 km/saat (avtomatik idarəetmə ilə 4 səviyyə: 4 km/saat-8 km/saat-12 km/saat-16 km/saat) Maksimal meyilləndirmə: 15% (avtomatik idarəetmə ilə 4 səviyyə: 4%-8%-12%- 15%) Maksimal istifadəçi çəkisi: 130 kg Qaçış sahəsinin ölçüsü: 45 sm x 140 sm Aparatın ekranından ürək ritmini, sərf olunan kalori miqdarını, qaçılan məsafəni və məşq müddətini izləmək olur. Bundan başqa qurğu fərqli sürət və templərdə qaça bilmək üçün proqramlaşdırılmış 12 avto-paketlə təchiz olunub. Qurğunun meyilləndirmə xüsusiyyəti qaçışı mürəkkəbləşdirməyə və daha çox kalori sərf etməyə xidmət edir. Qaçış qurğusunun tutacaqlarında olan sensor metalla məşq ərzində nəbzi nəzarətdə saxlaya bilirsiniz. Bunun üçün məşq vaxtı aradabir tutacaqlardan tutmaq kifayətdir. Sürəti və meyilləndirməni həm monitordan, həm də tutacaqlardan idarə etmək mümkündür. Qurğu maqnitli təhlükəsilik açarı ilə təchiz olunub. Çətin durumda qaçış lentini dayandırmaq üçün maqniti qurğudan ayırmaq kifayətdir. Qaçış aparatının mobil telefonu qoymaq üçün yeri var. Monitordakı USB və AUX (3.5mm jack) girişi məşq zamanı musiqi dinləməyə imkan verir. Qatlanabilən olduğundan daşınması və saxlanması çox rahatdır. Qaçış qurğusuna elektrikli masaj kəməri də daxildir və belətrafı yağların əridilməsi üçün çox effektlidir. İki qanteli də var. Üstündə 1 flakon lenta yağlandırıcısı hədiyyə verilir. (50 azn dəyərində)