Kompakt dizaynı ilə seçilən FOLD 500 həm yüngül, həm də sürətli gediş təmin edən praktik bir velosipeddir. Asanlıqla qatlanması sayəsində onu həm evdə saxlamaq, həm də ictimai nəqliyyatda daşımaq çox rahatdır. 7 sürət ötürücüsü (skorus) ilə təchiz olunmuş bu model, həm həftəiçi şəhər gəzintiləri, həm də həftəsonu aktiv istirahət üçün ideal yoldaşdır. 4.4 istifadəçi balı ilə keyfiyyəti və funksionallığı təsdiqlənmişdir.