İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Növbəli iş rejimi
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri
Müəyyən edilmiş qazma nöqtələrində layihə və texniki tələblərə uyğun qazma işlərini həyata keçirmək;
Qazma qurğusu və perforator vasitəsilə qazma işlərini yerinə yetirmək;
Qazma dəliklərini verilmiş ölçü, dərinlik və istiqamətə uyğun açmaq;
Qazma avadanlıqlarından düzgün, səmərəli və təhlükəsiz istifadə etmək;
Avadanlıqda hər hansı nasazlıq və ya problem yarandıqda dərhal birbaşa rəhbərə məlumat vermək;
İş sahəsini və qazma avadanlıqlarını səliqəli, təmiz və işlək vəziyyətdə saxlamaq;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və SƏTƏMM tələblərinə ciddi riayət etmək;
Birbaşa rəhbər tərəfindən vəzifəyə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Qazma işləri üzrə iş təcrübə;
Qazma qurğusu və perforatorla işləmək bacarığı;
Texniki təhlükəsizlik qaydalarını bilməli və onlara riayət etməli;
Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq;
Komandada işləmək bacarığı;
Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək;
Tunel və ya yeraltı tikinti sahəsində iş təcrübəsi üstünlükdür.
Şirkət tərəfindən
Rəsmi əmək müqaviləsi;
Stabil iş və əmək haqqı;
Əməyin mühafizəsi və təhlükəsizlik standartlarına uyğun iş şəraiti;
Nahar və digər sosial təminatlar.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Qazmaçı” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 14.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/caspian-engineering-solutions-qazmaci-151085