Təxmini boyu:
Saxsısız 28-35 sm arası, bəzi şəraitdə daha da böyüyə bilər.
İşıq sevərliyi:
Az işıqda belə yaşaya bilir, amma parlaq dolayı işıqda daha yaxşı inkişaf edir. Birbaşa günəşdən qorunmalıdır.
Gübrə və dərmanlar:
Yazdan payıza qədər ayda 1 dəfə balanslı maye gübrə (20-20-20) tətbiq edilməlidir.
Zərərvericilərə qarşı insektisidlər istifadə edilə bilər.
Göbələk xəstəliklərinə qarşı fungisidlər.
Suvarılma qaydası:
Torpaq tam quruduqda suvarılır.
Su çox verildikdə kök çürüməsi baş verə bilər, buna görə diqqətli olmaq lazımdır.
Qışda suvarma azaldılır.
Faydası:
Havanı toksinlərdən təmizləyir və oksigen səviyyəsini artırır.
Ev və ofis mühitində dekorativ və sakitləşdirici təsir yaradır.
Stressi azaldır və konsentrasiyanı yaxşılaşdırır.