Zəriflik və gücün bir arada olduğu bu premium kişi saatı ilk baxışdan diqqəti cəlb edir. Parlaq metal korpus və keyfiyyətli polad kəmər gündəlik istifadə ilə yanaşı xüsusi günlər üçün də ideal seçimdir. Dərin göy (sunburst) dial işıq düşdükcə fərqli çalarlarda parlayaraq saatın görünüşünə xüsusi cazibə qatır. Minimalist və klassik dizaynı sayəsində həm rəsmi geyimlə, həm də gündəlik stil ilə mükəmməl uyğunlaşır. Rahat oturuşu və dayanıqlı materialı uzun müddətli istifadə üçün nəzərdə tutulub. Öz stilini ön plana çıxarmaq istəyən kişilər üçün ideal seçim – həm özün üçün, həm də hədiyyəlik əla variantdır.