
Qrafik dizayner
Razılaşma yolu ilə
Qrafik dizayner
SatılırİşlənmişBu gün
Tarix
Nömrə№1734452
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətin İT məhsulları, videonəzarət və təhlükəsizlik sistemləri, şəbəkə avadanlıqları və digər məhsul kateqoriyaları üzrə kreativ və funksional vizual materialların hazırlanması;
Sosial media platformaları üçün məhsul, kampaniya, endirim, yeni məhsul və xüsusi təkliflərə uyğun kreativ dizaynların hazırlanması;
Məhsul kataloqları, broşürlər, flayerlər, bannerlər, posterlər, POS materialları və digər çap/digital reklam materiallarının dizayn edilməsi;
Yeni məhsul və brendlərin vizual təqdimat konsepsiyalarının hazırlanması və brend kimliyinə uyğunlaşdırılması;
Məhsulların texniki xüsusiyyətlərinin, üstünlüklərinin və funksional imkanlarının vizual və asan anlaşılan formatda təqdim edilməsi;
Şirkətin əməkdaşlıq etdiyi brendlərin Brand Guidelines və korporativ identiklik standartlarına uyğun dizaynların hazırlanması;
Məhsul fotoşəkillərinin retuşu, rəng korreksiyası, fonun təmizlənməsi, kompozisiya və ölçü baxımından optimallaşdırılması;
Satış və marketinq komandalarının gündəlik məhsul, kampaniya və kommunikasiya üzrə dizayn ehtiyaclarının operativ şəkildə təmin edilməsi;
Reklam və marketinq kampaniyaları üçün kreativ ideyaların və vizual konsepsiyaların hazırlanmasında iştirak;
Çapa təqdim olunan materialların ölçü, rezolyusiya, rəng modeli, bleed və digər texniki tələblərə uyğun hazırlanması;
Mövcud dizaynların analiz edilməsi, yenilənməsi və vizual keyfiyyətinin təkmilləşdirilməsi;
Şirkətin vizual kommunikasiya üslubunun vahid və peşəkar şəkildə qorunmasına töhfə vermək;
Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqların vaxtında, keyfiyyətli və məsuliyyətli şəkildə icra edilməsi.
Tələblər:
Ali və ya orta ixtisas təhsili (Qrafik dizayn, Dizayn, Marketinq və ya əlaqəli sahələr üzrə);
Qrafik dizayn sahəsində iş təcrübəsi;
Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək bacarığı;
Adobe InDesign və Figma proqramlarında işləmək bacarığı üstünlükdür;
Kompozisiya, rəng, tipoqrafiya və vizual dizayn prinsipləri üzrə bilik;
Sosial media və rəqəmsal reklam dizaynları üzrə anlayış;
İT və texnologiya məhsullarına maraq və məhsul xüsusiyyətlərini vizual formada təqdim etmək bacarığı;
Kreativ düşüncəli, məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək və verilən tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək bacarığı;
Portfolio təqdim edilməsi arzuolunandır.
İş şəraiti:
İş qrafiki: 5 gün, 09:00–18:00
Müsahibə zamanı razılaşdırılır.
Peşəkar inkişaf imkanları
Müasir və dinamik iş mühiti
Kreativ layihələr və müxtəlif İT məhsulları üzərində işləmək imkanı
Mehriban və dəstəkləyici iş mühiti
CV-nizi mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 03.10.2026
Bənzər elanlar

Şəkil yoxdur
Şəkil yoxdur