Çap və promo məhsulların hazırlanması üzrə komandamıza yaradıcı və məsuliyyətli Qrafik Dizayner axtarırıq.
Vəzifə öhdəlikləri
Müxtəlif çap və promo məhsulları üçün dizaynların hazırlanması
Müştəri sifarişlərinə uyğun dizaynların hazırlanması və redaktəsi
Dizaynların çapa hazırlanması
Sosial media və reklam üçün vizual materialların hazırlanması
Mövcud dizaynların müştəri tələblərinə uyğun dəyişdirilməsi
Dizaynların texniki çap tələblərinə uyğun hazırlanmasına nəzarət
Satış və istehsal komandası ilə koordinasiyalı işləmək
Bir neçə sifarişin eyni vaxtda düzgün planlaşdırılması və icrası
Namizədə tələblər
Bəy və xanım namizədlər
18–30 yaş aralığı
Qrafik dizayn sahəsində praktiki təcrübə
CorelDRAW, Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmə bacarığı
Çap və promo məhsullarının hazırlanma prosesini bilmək
Ölçü, rezolyusiya, rəng rejimi və faylların çapa hazırlanması barədə anlayış
Kompozisiya, rəng və tipoqrafiya üzrə yaxşı zövq
Kreativ düşüncə və detallara diqqət
Müştəri istəyini düzgün anlayaraq dizayna tətbiq etmək bacarığı
Operativ və məsuliyyətli olmaq
Komandada işləmək bacarığı
Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək
Çap və promo məhsulları sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şərtləri
İş günləri: Həftə içi 6 gün
İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00, Şənbə: 10:00–16:00
Əmək haqqı: 600 AZN
İş sahəsi: Çap və promo məhsullar
Dinamik və inkişaf yönümlü iş mühiti
Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə “Qrafik dizayner” başlığı ilə təqdim etsinlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 07.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/awards-print-qrafik-dizayner-150411