
Qrup rəhbər Bərdə

1 000 ₼
Qrup rəhbər Bərdə
SatılırYoxlanılıbİşlənmişDünən
ŞəhərBərdə
Tarix
Nömrə№1579364
Təsvir
Tələblər:
Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür);
Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir;
Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları;
Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti;
Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq;
MS Office proqramları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;
İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi;
Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;
Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Maaş: 1000-1500 AZN
Yaş: 30-50
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Bənzər elanlar

