Köpəklər üçün Brit yeməyi kiçik cinslərin böyüklər yaşına uyğun olan mükəmməl balanslaşdırılmış və super-premium sınıfa aid yeməkdir, yüksək həzm olunma qabiliyyəti və hipoallergen formulu ilə hazırlanmışdır. Bu yemək 1-dən 10 kq-a qədər olan kiçik və mini cinslərin xüsusi qidalanma ehtiyaclarına uyğunlaşdırılmışdır. Qranulun ölçüsü köpək cinslərinin ölçüsünə uyğun hazırlanmışdır, enerjinin miqdarı isə köpəklərin təbii aktivliyinə uyğun gəlir. Adult Small Breed yeməyinin üstünlükləri: Yun örtüyü və dəri keyfiyyəti. Üç-omega və altı-omega yağ turşularının balanslaşdırılmış nisbəti, sink və misin üzvi forması dərinin sağlamlığını qorumağa və yun örtüyünün keyfiyyətini artırmağa kömək edir. Proteinlərin yüksək istifadə dərəcəsi. Amino-turşu profili (ideal protein) balanslıdır və bədən toxumaları üçün həzm olunmuş proteinlərin yüksək istifadə dərəcəsini təmin edir. Bağırsaq mikroflorasının dəstəklənməsi. Fruktooligosaxaridlər bağırsaq mikroflorası üçün faydalı qidadırlar və bağırsaq sağlamlığına töhfə verirlər. Yaşlanmayı gecikdirən faktor — sərbəst radikallardan qorunma. MOS (mannanoligosaxaridlər) bağırsaq sağlamlığını dəstəkləyir, bağırsaq patogen mikroflorasını azaldır. Üzvi forma olan vitamin E və selenium yüksək səviyyədə güclü antioksidant kompleksini təmin edərək hüceyrə membranlarını sərbəst radikallardan qoruyur.