Carnilove Hairball Controll quru yemək pişiklərin böyüklük yaş dövrü (1-6 yaş) üçün nəzərdə tutulmuşdur və tüklərin çixarılmasına kömək edir. Ördək və fazanla zəngin balanslaşdırılmış tərkib mədədə və bağırsaqlarda tüklərin yığınlarının yaranmasının qarşısını alır. Məhsulun unikal formulu həzm prosesinə kömək edir və tüklərin orqanizmdən çıxışını asanlaşdırır. Tüklərin yığınlarına meylli olan pişiklər üçün uyğundur. Qablaşdırma 1 kq quru yeməkdən ibarətdir.