Quru yem Pro Plan "Sensitive" - həssas dərisi və həzm sistemi olan yetkin itlər üçün tam rasionlu yemdir. PRO PLAN yeminləri itinizin immun sistemini gücləndirərək, dərisinin və tükünün vəziyyətinə diqqət göstərərək və həzm sistemini yaxşılaşdıraraq onu qoruyur. Bu yemlər bütün yaş qrupları, bütün ölçülər və müxtəlif fəallıq dərəcələri üçün itlərə tam və balanslı qidalanma təmin edir. İt sağlamlığı, yemlərin hazırlanmasında nəzərə alınması lazım olan əsas məsələdir. Həssas dərisi və həzm sistemi olan itlər üçün Sensitive yemləri itlərin qidalanmasında protein mənbələrinin sayını minimuma endirir, mənfi qida reaksiyalarının inkişaf ehtimalını azaldır. Pro Plan Adult Sensitive yemin tərkibində məhdud protein mənbələri (som, qarğıdalı və düyü) ilə yüksək keyfiyyətli inqrediyentlər istifadə olunur ki, bu da həssas həzm sistemi olan itlər üçün yaxşı seçim ola bilər. Yem buğda, soya və mal əti - qida məhsullarında ən çox yayılmış protein mənbələrini ehtiva etmir, hansı ki, bu inqrediyentlərə qarşı allergik reaksiyanın inkişaf ehtimalı daha yüksəkdir. Yetkin itlər üçün müdafiə: Yüksək keyfiyyətli inqrediyentlər əsasında hazırlanmış, rəngləyici maddələrdən azad və məhdud protein mənbələri olan "Sensi Derma" sistemi dərinin həssaslığı olan itlər üçün xüsusi olaraq hazırlanmışdır, çünki protein mənbələrinin sayının artması ilə allergik reaksiyanın inkişaf ehtimalı artır. Sərbəst radikallarla mübarizə və immun sisteminin gücünü dəstəkləmək üçün yüksək miqdarda E və C vitaminləri. Som - balıq proteinlərinin yeganə mənbəyi - itlərdə həzmi asanlaşdırır və qidanın dözümlülüyünü artırır. Tam proteinlər, omega-3 və -6 yağ turşuları, vitaminlər və mikroelementlər dərinin gücünü və elastikliyini, tüklərin qalınlığını təmin edir, iti xarici mənfi amillərdən qoruyur. Tərkibi: som (22%), düyü (22%), somun dehidratlaşdırılmış proteinləri (15%), qarğıdalı, qarğıdalı gluteni, heyvani yağlar (tokofrollarla konservasiya olunmuş), hidrolizə olunmuş digest, çuğundur pulpası, təmizlənmiş sellüloz lifləri, kalsium fosfat, kalium xlorid, natrium xlorid, mikroelementlər.