

Saglam böyüklər pişikləri üçün tam dəyəri quru pəhriz qidası, struvit daşlarının əridilməsinə və onların təkrar əmələ gəlməsinin qarşısının alınmasına kömək edir. Baytarlıq pəhrizi. Məhsulun təsviri: Göstərişlər: Struvitlərin əridilməsi Struvitlərin və kalsium oksalatlarının səbəb olduğu urolitiazın təkrarlamalarının qarşısının alınması Əleyhinə göstərişlər: Hamiləlik, laktasiya, böyümə Xroniki böyrək çatışmazlığı Metabolik asidoz Ürək çatışmazlığı Hipertoniya Sidiyin turşuqlaşdırılması üçün istifadə olunan dərman preparatlarının tətbiqi İstifadə müddəti: Struvit daşları xüsusi pəhrizin tətbiqi ilə 5-12 həftə ərzində əridilir. Urolitiazın təkrarlamalarının qarşısının alınması üçün müalicə kursu ən azı daha 6 ay davam etdirilməlidir və müntəzəm olaraq sidik analizi aparılmalıdır. Sağaldıqdan sonra NEUTERED qida seriyalarını istifadə etmək tövsiyə olunur. Qeyd: təkrarlanan idiopatik sistitdə Urinary S/O Feline yaş pəhriz qidası tövsiyə edilir; yaşlı heyvanlara Urinary S/O Feline qidasını təyin etmədən öncə böyrəklərinin normal işlədiyini təsdiq edin. Faydalı məlumat: pişikin sidiyində etiologiyası müəyyən edilməmiş daşların görünüşündə Urinary S/O Feline qidasını istifadə edin. Bu diyet sidik ifrazatı sistemində struvit və oksalat kristalları üçün əlverişsiz bir mühit yaratmağa kömək edir. Net kütlə: 0.4 kg, 1.5 kg, 3.5 kg, 9 kg. Üstünlüklər: Struvitlərin əridilməsi Bütün növ struvit daşlarının əridilməsinə kömək edir. Sidiyin azaldılması Sidiyin azaldılması struvit və oksalat daşlarının yaranma riskini azaldır. Aşağı RSS səviyyəsi Sidikdə urolitlərin yaranmasında iştirak edən ionların konsentrasiyasını azaldır. * RSS - nisbi supersaturasiya (sidiyin nisbi doyması). Aşağı maqnezium tərkibi Maqnezium struvitlərin (mağnezium-ammonium-fosfat duzlarının) tərkib hissəsidir. URINARY S/O LP 34 FELINE üçün quru tam pəhriz qidası URINARY S/O – pişiklər üçün tam pəhriz qidasıdır. Sidiyin turşuğlaşmasını stimulyasiya edir və aşağı maqnezium tərkibi ilə birlikdə struvit sidik daşlarının əridilməsinə və onların təkrar əmələ gəlmə riskinin azaldılmasına kömək edir. Həmçinin aşağı sidik çıxarıcı yolların iltihabında tövsiyə olunur. Tövsiyələr: Bu qidanın istifadəsi məqsədəuyğunluğu barədə baytarlıq həkiminizlə məsləhətləşin. URINARY S/O qidasının istifadəsi struvit daşlarının əridilməsi üçün 5-12 həftə və struvit urolitiazının təkrarlama riskinin azaldılması üçün 6 aya qədərdir.














