Salam hər kəsə. SMM sahəsində iş axtarıram.
Sosial media idarəçiliyi ilə bağlı kifayət qədər təcrübəm var. Özüm YouTube-da 58K abunəçiyə çatmış film kanalını sıfırdan yaratmışam. TikTok-da 280K-lıq film səhifəsi, həmçinin Instagram-da aktiv səhifələr və müxtəlif sosial media hesabları idarə etmişəm.
Keyfiyyətli və düzgün kontent hazırlamaq, videoları vaxtında və uyğun formada paylaşmaq, səhifəni aktiv saxlamaq, izləyicilərlə və müştərilərlə düzgün ünsiyyət qurmaq, gələn mesajlara peşəkar şəkildə cavab vermək və səhifənin inkişaf istiqamətini müəyyənləşdirmək sahəsində özümü yaxşı bilirəm.
YouTube, Instagram və TikTok platformalarının idarəçiliyinə yaxşı bələdəm və bu sahədə bildiklərimi real səhifələr üzərində tətbiq etmişəm.
SMM sahəsində özümü daha da inkişaf etdirərək uzunmüddətli və məsuliyyətli şəkildə işləmək istəyirəm. Uyğun iş imkanı olarsa, mənimlə əlaqə saxlaya bilərsiniz.