Premium kosmetik və gigiyenik məhsulların satışı üzrə fəaliyyət göstərən komandamıza satış sahəsində təcrübəli, ünsiyyətcil və nəticə yönümlü xanım əməkdaş axtarırıq.
İş şəraiti
İş yeri: 28 May, Bakı
İş qrafiki: 10:00–19:00
həftədə 6 iş günü
Vəzifə öhdəlikləri
Müştərilərlə aktiv və peşəkar ünsiyyət qurmaq
Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsullar təklif etmək
Məhsullar haqqında düzgün və ətraflı məlumat vermək
Müəyyən olunmuş *satış hədəflərinə çatmaq*
Satışların aktiv şəkildə artırılmasına çalışmaq
Məhsulların düzgün təqdimatını həyata keçirmək
Instagram və TikTok canlı yayımlarında məhsulların təqdimatında iştirak etmək
Məhsulların tərkibi və xüsusiyyətlərini öyrənmək
Namizədə tələblər
Xanım namizəd
Satış sahəsində iş təcrübəsi
Satış hədəfləri ilə işləmə və hədəflərə çatma təcrübəsi
Güclü satış və inandırma bacarığı
Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək bacarığı
Peşəkar ünsiyyət və təqdimat bacarığı
Aktiv, məsuliyyətli və intizamlı olmaq
Nəticə yönümlü yanaşma
Məhsulların tərkibini və xüsusiyyətlərini öyrənməyə maraq
Üstünlükdür
Rus dili biliyi
SMM sahəsində təcrübə
Instagram/TikTok ilə işləmə təcrübəsi
Kosmetika, gigiyena və ya təbii məhsullar sahəsində təcrübə
Biz nə təklif edirik?
Təcrübəyə və namizədin göstəricilərinə uyğun yüksək əmək haqqı
Satış nəticələrinə əsasən əlavə qazanc və bonus imkanı
Rəsmi işə qəbul
Yüksək nəticə göstərən əməkdaş üçün menecer vəzifəsinə yüksəlmək və daha yüksək gəlir əldə etmək imkanı
Əsas gözləntimiz:
müştərilərlə düzgün işləməklə yanaşı, müəyyən olunmuş satış hədəflərinə çatmaq və yüksək satış nəticələri göstərməkdir.
Təbii və sertifikatlaşdırılmış kosmetik və gigiyenik məhsulların təqdimatı və satışı ilə məşğuluq. Məhsul portfelimizdə halal, vegan və orqanik sertifikatlara sahib məhsullar yer alır. Müştərilərimizə keyfiyyətli məhsullarla yanaşı, peşəkar konsultasiya və düzgün məhsul seçimi üzrə xidmət göstəririk.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 13.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/dogalaz-satici-konsultant-151025