2 otaqlı geniş və işıqlı mənzil satışdadır. Mənzildə 4 pəncərə mövcuddur və bu səbəbdən mətbəxi ayrıca otaq kimi də düzəltmək mümkündür.
Pəncərələr açıq sahəyə və şəhərə baxır. Qarşısında heç bir bina yoxdur, mənzərə tam açıq və rahatdır. Gün ərzində evə bol təbii işıq düşür, çox aydın və havadardır.
Xırdalanın girişində, şəhərə və əsas yollara yaxın, çox əlverişli ərazidə yerləşir.
Nəqliyyat baxımından çox əlverişli yerdədir — 20 Yanvar və mərkəzi birləşdirən avtobus dayanacağı binanın qarşısında yerləşir.
Qaz, su və digər kommunal xidmətlər daimidir.
Sakit və rahat yaşayış üçün ideal seçimdir.