Satılır 3 otaqlı həyət evi/bağ evi 100 m²












135 000 ₼
Satılır 3 otaqlı həyət evi/bağ evi 100 m²
SatılırAnaliz edilibİşlənmişBu gün yayımlandı
ŞəhərBakı
KateqoriyaEv, bağ, kottec
Çıxarış (kupça) varBəli
Əməliyyat növüSatış
Əmlakın növüHəyət evi / Bağ / Villa
Otaq sayı3
Sahə100 m²
Torpaq sahəsi3 sot
TəmirOrta təmirli
İpotekaya yararlıBəli
SatıcıMülkiyyətçi
Tarix
Nömrə№1202921
ŞəhərBakı
Çıxarış (kupça) varBəli
Əmlakın növüHəyət evi / Bağ / Villa
Sahə100 m²
TəmirOrta təmirli
SatıcıMülkiyyətçi
Tarix
Təsvir
Binə Atçılıqda, 292 nömrəli məktəbin, poçt məntəqəsinin, parkın və bağçanın tam yanında şəxsi özümə məxsus evimi satıram. Ev tam sənədlidir, KUPÇASI VAR və dövlət ipotekasına tam yararlıdır. İpoteka ilə ev axtaranlar rahatlıqla müraciət edə bilərlər.
Ev 3 sotun içində tikilib, kifayət qədər geniş və rahat həyəti var. 1 mərtəbəlidir, 3 otaqdan ibarətdir. Tikilişinə və təmirinə söz ola bilməz, çox keyfiyyətli materiallarla, xüsusi zövqlə super dizayn olunub. Şəkillərdən də təmiri və keyfiyyəti aydın görünür. Evin daxilində isti pol sistemi çəkilib, qışı çox isti və rahat olur.
Kommunal tərəfdən heç bir problemi yoxdur – qazı, işığı, suyu daimidir və yerindədir. Evin ən böyük üstünlüklərindən biri də odur ki, daxildə 2 dənə sanitar qovşağı (hamam/ayaqyolu) var. Biri ümumi əsas hissədə yerləşir, digəri isə birbaşa otağın daxilindədir (sizin üçün çox rahat dizayn etmişdik).
Ev əşyasız satılır. Yerləşmə yeri olaraq çox ideal və sakit ərazidir, xüsusən uşaqlı ailələr üçün əla fürsətdir, çünki 292 nömrəli məktəb düz evin yanındadır, uşaqlar yolu keçmədən rahat gedib-gələ bilirlər. Yaxınlıqda marketlər və digər lazımi iaşə obyektləri var.
Real, ciddi alıcı ilə qiymətdə razılaşmaq olar.
Şərhlər
Mağaza vitrini
Hamısına bax

