✨ DƏRHAL KÖÇ YAŞA! HÖKMƏLİDƏ HƏM SAKİT, HƏM DƏ ETİBARLI ŞƏXSİ MÜLKÜMÜ SATIRAM! ✨
Bəzən elə evlər olur ki, qapısından içəri girəndə hər bucağında olan istiliyi hiss edirsiniz... Bu ev də məhz belədir! Satış məqsədilə, makler tərəfindən tələsik tikilən evlərdən deyil, özümüz üçün keyfiyyətlə, hər detalına diqqət yetirərək tikilmiş evdir.
Evimiz Abşeron rayonunun ən əlverişli hissəsində, Hökməli qəsəbəsində, əsas yola və məktəbə addımlıq məsafədə yerləşir. Məhəlləmiz təmiz havası və ən əsası mehriban və sakit qonşuları ilə seçilir. Burada ailənizlə dinc və təhlükəsiz yaşayacaqsınız.
Son illər şəhərdə yağışlar zamanı yaranan problemlərdən hamımız xəbərdarıq. Lakin evimizin yerləşdiyi landşaft və yüksəklik elə dəqiqliklə seçilib ki, ən güclü yağışlarda belə məhəlləmizə su yığılmır, həyətə və evə zərrə qədər də ziyan dəymir.
Evin 2 maşınlıq geniş, səliqəli həyəti var. Qaz, su və işıq daimidir, bütün sənədləri tam qaydasındadır.
Yeni ev alıb əşya toplamaq qayğısını unudun, mənzil demək olar ki, tam əşyalı satılır. Xüsusilə yeni ailə quranlar və vaxt itirmədən köçmək istəyənlər üçün ideal fürsətdir. Evdə rahat kuxna mebeli, xalçalar, şıq və rahat qonaq otağı künc divanı, isti yay günlərinin xilaskarı olan kondisioner, zövqlü lüsturlar, mətbəxi tamamlayan keyfiyyətli soyuducu, paltaryuyan maşın və 1 yataq otağı dəsti qalır. Yalnız 1 yataq dəsti götürüləcək, qalan hər şey alıcıya təhvil veriləcək.
Rəbbim alana da, satana da bərəkət və xeyir versin!