İnşallah satan da alan da xeyrini görərik.
TƏCİLİ SATILIR – XƏTAİ RAYONU, 3 OTAQLI EV
Xaricə köçəcəyim üçün Xətai rayonunda yerləşən 3 otaqlı, 2 mərtəbəli evimi təcili satıram.
Açığı, bu qiymətə Xətai rayonunda belə ev tapmaq çox çətindir. Ərazidə yeni tikililər və binalar sürətlə inşa olunur. Düşünürəm ki, gələcəkdə ərazinin inkişafı ilə birlikdə evlərin qiymətində də artım olacaq.
📍 Yerləşmə:
🚗 Ağ Şəhər – 10 dəqiqə
🚇 Əhmədli metrosu – 8 dəqiqə
🚇 Həzi Aslanov metrosu – 12 dəqiqə
🛣 8 Noyabr prospekti – 5 dəqiqə
🚌 42 nömrəli avtobus – 2 dəqiqə
🚌 57 nömrəli avtobus – 5 dəqiqə
🏡 Evi:
• 2 mərtəbəli, xudmani və işıqlı ev
• 3 otaq
• Su, qaz və işıq daimidir
• 7/24 kamera müşahidə sistemi
• Evin qarşısında avtomobil saxlamaq üçün yer
• Sakit və rahat məhəllə
• Ailə üçün ideal seçim
• Kirayə vermək üçün də əlverişlidir – təxminən 350-400 AZN gəlir potensialı
🛋 Əşyalarla birlikdə satılır:
Təzə paltaryuyan, soyuducu, kondisioner, televizor, divan və digər əşyalar evdə qalacaq.
📄 Sənəd: Texniki pasport
❗ Yalnız ciddi alıcılar əlaqə saxlasın.