Mənzilin çıxarışı var. Qonaq otağı və mətbəxdə olmaqla iki eyvanın da Heydər Əliyev Mərkəzinə birbaşa, kəsilməyəcək panoraması var. Mənzilin geniş mətbəxi, iki eyvanı, iki sanuzel (biri əsas yataq otağında olmaqla) vardır. Həmçinin, əsas yataq otağında geniş və işıqlı qardirob da vardır. Mənzilin foyesi, hamam-tualetlər isti poldur, həmçinin, mənzilin çamaşır və texniki otağı vardır. Hər bir otağın çölə birbaşa işığı, böyük pəncərəsi var, qanuni 3 otaqdır. Saxlanc üçün çoxsaylı dolablar da vardır. Mənzilin mətbəxində, yataq və qonaq otağında kondisioner vardır. Mənzil əşyasız satılır. ( Mətbəx mebeli, kondisionerlər, dolablar qalacaqdır.)
Mənzil şəxsi istifadə üçün 2025-ci ilin əvvəli təmir olunub, çox az yaşayış olub. Fərdi yaşayış üçün təmir olunduğundan yüksək keyfiyyətli materiallarla təmir olunub. ( istəyən olsa istifadə olunmuş materiallar barədə məlumatları təqdim edə bilərəm.) Binanın girişi, liftləri keyfiyyətli və genişdir. Qaz, işıq və su ilə bağlı hər hansı problemi yoxdur. Həyətində ödənişsiz parking ərazisi də vardır. İpotekaya yararlıdır. Mənzilin ətrafında ağlınıza gələ biləcək hər cür iaşə obyekti, infrastruktur vardır.
Xahiş edirəm, maklerlər narahat etməsin.
Whatsapp aktivdir.