Masazır qəs., Əliağa Vahid küçəsində (Irshad Electronics və Araz Superstore-a 5 dəq.lik məsafə), yoldan 30 metr aralı yerləşən yeni tikili binada tam və yeni təmirdən çıxmış orijinal (rodnoy) 3 otaqlı mənzildir. Mənzildə yaşayış olmayıb, şəxsi istifadə məqsədilə yüksək keyfiyyətdə təmir edilib. Qaz, su, işıq daimidir. Binanın 50 tonluq yeraltı ehtiyat su çəni, öz (ayrıca) elektrik transformatoru, mərkəzi domofon sistemi var. Mənzilin istilik və isti su sistemi kombidir (Airfel). Mənzil tamamilə isidilən döşəmə ilə təmin edilib, mərkəzi kollektordan idarə edilir. 2 otağın (yataq və qonaq) kondisioner xətləri (boruları) çəkilib qoşulmaya hazırdır. Belarus istehsalı seyf qapısı var. Daxili qapılar 8-lik MDF-dən hazırlanmış Mokko rənglidir və hamısı qıfıllıdır (açarla açılıb-bağlana bilir). Yaşayışa tam hazır vəziyyətdədir.