8-ci mikrorayonda yerləşən ən prestijli yaşayış komplekslərindən biri olan Naxçıvani Residence-ın 20 mərtəbəli binasının 18-ci mərtəbəsində, ümumi sahəsi 98 m² olan, 3 otaqlı (2-dən 3-ə düzəlmə), yüksək keyfiyyətli təmirli mənzil satışa çıxarılır.
Mənzil yüksək keyfiyyətlə təmir olunub, geniş, işıqlı və rahat planlaşdırılıb. Binada çıxarış (kupça) mövcuddur və alqı-satqı zamanı mənzil birbaşa alıcının adına rəsmiləşdiriləcək.
Qeyd: Eyni ərazidə yeni tikililərdə təmirsiz mənzillərin 1 m² qiyməti təxminən 3 200 AZN-dən başlayır. Təklif olunan mənzil isə tam təmirli və yaşayışa hazır vəziyyətdədir.