ƏHMƏDLİ METROSU YAXINLIĞINDA 4 OTAQLI GENİŞ MƏNZİL SATILIR Əhmədli metrosunun yaxınlığında yerləşən yüksək səviyyəli yaşayış kompleksində ümumi sahəsi 149 m² olan geniş və rahat 4 otaqlı mənzil sahibindən satılır. Mənzil 16 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Otaqlar geniş və işıqlıdır. Mənzilin təmirində keyfiyyətli materiallardan istifadə olunub. Mənzilə çıxarışın 2026-cı ilin dekabr ayında verilməsi nəzərdə tutulur. Mənzilin təmir və texniki üstünlükləri: otaqların döşəməsi təbii palıd ağacından parketdir. Parketin altındakı atma taxtaları 25 sm aralıqla düzülüb. Atma taxtalarının üzərinə 18 mm qalınlığında dikt (faner) vurulub. Bunun üzərində isə palıd parket döşənib. Hamamda və ayaqyolunda isti döşəmə sistemi quraşdırılıb. Mənzilin elektrik xətləri yüksək səviyyədə və peşəkar şəkildə çəkilib. Döşəmənin bu formada hazırlanması onun möhkəm, dayanıqlı və uzunömürlü olmasını təmin edir. Parket yeriyərkən səs vermir və zamanla əyilməyə qarşı daha davamlıdır. Hamam və ayaqyolundakı isti döşəmə sistemi isə xüsusilə qış aylarında əlavə rahatlıq yaradır. Mənzilin və binanın digər üstünlükləri: “Bravo” market birbaşa binanın altında yerləşir. Gündəlik alış-veriş üçün uzağa getməyə ehtiyac yoxdur. Əhmədli metrosuna yaxın və çox əlverişli ərazidədir. Binada 2 ədəd müasir lift mövcuddur. Geniş və səliqəli həyəti var. Avtomobil üçün qaraj və parklanma imkanı mövcuddur. Bina 24 saat mühafizə olunur. Sakit və təhlükəsiz yaşayış mühitidir. Mənzil həm rahat ailəvi yaşayış, həm də uzunmüddətli yatırım üçün çox əlverişli seçimdir. Sahibindən satılır. Vasitəçilər narahat etməsin. 📱 WhatsApp aktivdir. Zəhmət olmasa, ilkin əlaqəni WhatsApp vasitəsilə saxlayın.
Təmirli, Qaz, Su, İşıq, Telefon, Kabel TV, Lift, Seyf Qapı, PVC pəncərə, Su çəni, Balkon, Kondisioner, Mətbəx mebeli, Kombi sistemi