Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən bu möhtəşəm dubleks mənzil satışa təqdim olunur. Ümumi sahəsi 200 kv.m olan mənzil geniş və funksional planlanması ilə seçilir. Birinci mərtəbədə iki otaq arasındakı arakəsmə açılaraq böyük və işıqlı zal yaradılıb, həmçinin mətbəx və sanitar qovşaq yerləşir. İkinci mərtəbədə isə 3 rahat yataq otağı və əlavə sanitar qovşaq mövcuddur.Mənzil yüksək mərtəbədə yerləşdiyindən şəhərə açılan gözəl panoramik mənzərəyə malikdir. Ümumilikdə 4 geniş eyvanı var. Arakəsmələr beton-monolit konstruksiyadan olduğu üçün həm keyfiyyətli, həm də etibarlı tikilidir. Hall, mətbəx və sanitar qovşaqlarda isti döşəmə sistemi quraşdırılıb. Mənzil hündür tavanlı, işıqlı və rahat yaşayış üçün ideal vəziyyətdədir.Əşyaların böyük hissəsi mənzildə qalır. Bina sakit və səliqəli həyətə malikdir, yerləşmə baxımından isə olduqca əlverişlidir. Məktəb binanın dərhal yanında yerləşir, özəl uşaq bağçası binanın altında fəaliyyət göstərir, dövlət uşaq bağçası isə binanın yaxınlığındadır. Həm geniş ailə, həm də komfortlu yaşayış axtaran alıcılar üçün əla seçimdir.
Təmirli, Qaz, Su, İşıq, Lift, Seyf Qapı, PVC pəncərə, Balkon, Mətbəx mebeli, Əşyalı, Kombi sistemi