Prayk
Satılır 4 otaqlı həyət evi/bağ evi 150 m² — Ev, villa, Bakı
205 000 ₼

Satılır 4 otaqlı həyət evi/bağ evi 150 m²

SatılırİşlənmişBu gün
Şəhər
Bakı
Çıxarış (kupça) var
Bəli
Əməliyyat növü
Satış
Otaq sayı
4
Sahə
150 m²
Torpaq sahəsi
2.5 sot
Tarix
Baxışlar
1
Nömrə
№1551743

Təsvir

Mehdiabad qəsəbəsi, Cabir Novruz küçəsində — Sakit və əlverişli ərazidə yerləşən 2 mərtəbəli həyət evi satılır. Ev 2.5 sot torpaq sahəsində tikilib, 2 daşla hörülmüş və mərtəbələr arası monolit betondur. Ümumi planlaması çox funksionaldır və bütün tikinti normativlərinə uyğun tikilmişdir. 4 geniş otaq, geniş mətbəx, hər mərtəbədə ayrıca sanuzel, həyətdə isə əlavə sanitar qovşaq mövcuddur. Ev şəxsi istifadə üçün nəzərdə tutulduğuna görə, təmirində yüksək keyfiyyətli materiallardan istifadə olunub. Evdə kombi sistemi quraşdırılıb, sanuzellər isti poldur. Hər otaqda kondisioner var. İşıq zəifləməsinin qarşısını almaq üçün 20 kv-lik elektrik stabilizatoru var . Ehtiyyat su anbarı, 1.5 tonluq su çəni və suyun təzyiqini artırıcı motor mövcuddur. Bundan əlavə, istifadə olunmamış ,ehtiyyat üçün düşünülmüş , elektrikli su qızdırıcı sistemi də var. Evin alt hissəsində tam səliqəli zirzəmi yerləşir, içərisində rəflər yığılmış və saxlama üçün ideal şərait yaradılıb. Həyəti 2 avtomobilin rahat yerləşəcəyi qədər genişdir. Ev əşyalı şəkildə satılır, yalnız bəzi əşyalar çıxarılacaq (bu barədə ətraflı məlumat baxış zamanı deyiləcək). Evin bütün sənədləri qaydasındadır, kupçalıdır və ipoteka üçün yararlıdır. Evdə daimi işıq, qaz və su təminatı var. Optik internet və IPTV xətti çəkilib. Ev sahibiyəm , maraqlananlar əlaqə saxlaya bilər

Bənzər elanlar