Prayk
Satılır 5 otaqlı həyət evi/bağ evi 140 m² — Ev, villa, Bakı
125 000 ₼

Satılır 5 otaqlı həyət evi/bağ evi 140 m²

SatılırYoxlanılıbİşlənmişBu gün
Şəhər
Bakı
Əməliyyat növü
Satış
Otaq sayı
5 və daha çox
Sahə
140 m²
Torpaq sahəsi
1.6 sot
Tarix
Nömrə
№1681055

Təsvir

Özünə ideal, geniş və rahat ev axtaranların nəzərinə! Ev 140 kv.m sahəyə malikdir, böyük ailələrin yaşaması üçün çox əlverişli planirovkası var. 1-ci mərtəbədə: 1 geniş zal, 1 otaq, 1 mətbəx və sanitar qovşaq (hamam/tualet). 2-ci mərtəbədə: 3 otaq, əlavə 1 mətbəx və daha 1 sanitar qovşaq. Hər iki mərtəbənin özünəməxsus sanitar qovşağının olması əlavə rahatlıq yaradır. 1-ci mərtəbənin dəhlizinin, zal və mətbəxin döşəməsi keyfiyyətli metlaxla işlənilib. Otaqlar olduqca işıqlı, havalıdır. Sanitar qovşaqlar kafel-metlaxla üzlənib və santexnika ilə təchiz olunub. Evin hər bir otağında radiatorları quraşdırılmış kombi istilik sistemi və isti aylarda rahatlığınız üçün əlavə olaraq split kondisioner mövcuddur. Dəhlizdə geyim və əşyalarınızı rahatlıqla yerləşdirmək üçün nəzərdə tutulmuş çox böyük, sürgülü qapıları olan qarderob dolabı yığılıb. Daxili pilləkənin altında xüsusi saxlanc yeri (kladovka) düzəldilib. Yeni və müasir dizaynda yığılmış mətbəx mebeli, qaz peçi və aspirator istifadəyə hazırdır. Real alıcılar ilə evə baxdıqdan sonra qiymətdə razılaşmaq mümkündür. Sənəd: Torpaq - bələdiyyə sənədi, Ev - etibarnamə. Ünvan: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolundan 250 metr içəri.

Bənzər elanlar