Öz evimdir. Zabrat 2-də, Notariusun yaxınlığında yerləşir. Magistral yola məsafə cəmi 1-2 dəqiqədir.
Evə gələrkən yolda qalmaq söhbəti yoxdur: 24 saat "manatlıq" taksilər işləyir (həm Zabrat, həm də şəhər istiqaməti), sonuncu avtobus isə gecə 1-ə işləmiş "Koroğlu" metrosu yaxınlığından Zabrat istiqamətində yola düşür. Həmçinin Bakının tıxacından qurtulmağın ən ideal yolu olan sürət qatarına qədər məsafə 5-7 dəqiqədir.
Yaşayış evinə gəlincə, ümumi sahə 150 kv.m yaşayış sahəsindən, 5 otaqdan (1 böyük studiya zal, 3 geniş yataq otağı, 1 uşaq yataq otağı) ibarətdir.
Ev 2 ptiminutka (biri mətbəx, biri hamam üçün), 1 kombi sistemi (evin radiatorlarının qızması üçün) ilə təchiz olunub. Studiya zal və hamamın döşəməsi isti poldur.
Evin içində və çölündə sanitar qovşaq var. İçəridəki sanuzelin yanında çamaşırxana və ya köməkçi otaq var.
Həyətin ümumi sahəsi 2,7 sotdur, evin həyətində 2 maşın rahatlıqla yerləşə bilir. Evin arxasında isə, bar verən meyvə ağacları və kiçik hin var. Həyətdə bəzi təmir işləri ("besedka", yay mətbəxi) yarımçıq qalıb. Onu da yeni sahibi zövqə görə inşa edə bilər. Sənəd bələdiyyədir.
Yanında iki məktəb, böyük market və apteklər var.
Ən əsası Bakıya yağan güclü yağışdan sonra nə həyətdə, nə də küçədə zərrə qədər su qalmadı. Xahiş edirəm yeri su altında qalmış məkanlarla müqayisə etməyin.
Real alıcıya cüzi endirim olacaq.