
Satılır 6 otaqlı həyət evi/bağ evi 430 m²












850 000 ₼
Satılır 6 otaqlı həyət evi/bağ evi 430 m²
SatılırKopyaİşlənmiş2 gün əvvəl
ŞəhərBakı
KateqoriyaEv, bağ, kottec
Çıxarış (kupça) varBəli
Əməliyyat növüSatış
Əmlakın növüHəyət evi / Bağ / Villa
Otaq sayı5 və daha çox
Sahə430 m²
Torpaq sahəsi5 sot
TəmirOrta təmirli
İpotekaya yararlıBəli
Tarix
Nömrə№1487366
Təsvir
SUPER TƏKLİF Tikinti və təmiri yeni, 2026-da başa çatmış Villa Əhmədlinin ən prestijli yerində, Əhmədli metrosunun tam yaxınlığında, metrodan piyada 4 dəqiqəlik, maşınların səs küyü olmayan, təmiz havalı tupik bir yerdə yerləşir. 5 sot torpağın içində Üçmərtəbəli Villa (2 + geniş və hündür içdən hörgülü Mansard). Torpağın da, evin də Kupçası var. Ümumi 430 kv-lıq Villanın həyətində 8 maşınlıq parkovka üçün tamet sahə, 80 kv-lıq yaşıllıq sahə, dekorativ ağaclar, besedka, çöl sanitar qovşağı, evin aşağısında isə əşya yığmağa zirzəmi var. Həyətdə keyfiyyətli drenaj sistemi və güclü işıqlanma vardır.
.
1-ci mərtəbədə 60 kv-a yaxın böyük zal, geniş və hündür tavanlı hol, mətbəx, ümumi sanitar qovşağı, yaşlı yataq otağı və otağın içində əlavə sanitar qovşağı yerləşir.
.
2-ci mərtəbədə eynilə hündür geniş hol, həyətə baxan balkon, 4 geniş yataq otağı, ümumi sanitar qovşağı və otaqların birinin içində əlavə sanitar qovşağı yerləşir.
.
3-cü mərtəbədə 120 kv-lıq geniş Mansardı istənilən təyinat üzrə istifadə etmək olar (Əlavə otaqlara da ayırmaq olar, geniş istirahət yeri kimi də saxlamaq olar)
.
Qeyd: Villa sırf şəxsi yaşayış üçün tikildiyi üçün inşaatı və təmiri çox keyfiyyətli və dözümlüdür.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.Real alıcıya endirim olacaq.
Bənzər elanlar
Hamısına bax




Rauf

Фарид джахангиров


Амар Гулиев 😎

Rauf



Gündüz Seyidov



Murad
