Quba, Təngəaltında 11 sot – fərdi yaşayış evi tikintisi üçün çıxarışlı torpaq
Quba rayonunun Təngəaltı kəndində, sakit, mənzərəli və turizm baxımından əlverişli ərazidə 11 sot torpaq sahəsi satılır.
Torpaq tam çıxarışlıdır (kupça). Təyinatı yaşayış məntəqələrinin torpaqlarıdır və fərdi yaşayış evi tikintisi üçün uyğundur.
Ərazinin üstünlükləri:
11 sot tam çıxarışlı torpaq
Magistral asfalt yolun yaxınlığında yerləşir
Torpaq sahəsi magistral yoldan hündür səviyyədədir
Torpağın qarşısından kəndə gedən köməkçi yol keçir
Avtomobillə giriş-çıxış rahatdır
Torpağın həm ön, həm də arxa tərəfi açıqdır
Dağ, meşə və təbiət mənzərəsi var
Ətrafında istirahət mərkəzləri və turizm obyektləri mövcuddur
Arxa hissəsi meşə və təbii dərə istiqamətinə baxır
Ərazidə köhnə tikili mövcuddur
Bağ evi, villa, A-frame və kottec tikintisi üçün əlverişlidir
Günlük kirayə evləri və kiçik turizm layihəsi üçün perspektivli ərazidir
🏡 Elana əlavə edilmiş vizual layihədə torpaq sahəsində təxmini olaraq 2 ədəd A-frame ev, hovuzlar, yaşıllıq sahəsi və avtomobil dayanacağı yerləşdirilib. Həmçinin torpağın magistral asfalt yola və kəndə gedən köməkçi yola nisbətən yerləşməsi göstərilib. Vizual yalnız torpağın potensial istifadə imkanını göstərən nümunə layihədir, faktiki tikinti layihəsi deyil.
🌲 Torpağın arxa hissəsində təxminən 15 sota yaxın əlavə açıq sahə mövcuddur. Bu hissə sənədli 11 sota daxil deyil və meşə ərazisi olduğundan yalnız qanunvericiliyin imkan verdiyi qaydada bağ/yaşıllıq məqsədilə istifadə oluna bilər.
📍 Ünvan: Quba rayonu, Təngəaltı kəndi – xəritədə yeri göstərilib
📐 Sahə: 11 sot
📄 Sənəd: Çıxarış (kupça)
🏡 Təyinat: Yaşayış məntəqələrinin torpaqları – fərdi yaşayış evi tikintisi üçün
💰 Qiymət: 32 900 AZN
🔄 AVTOMOBİLLƏ BARTER MÜMKÜNDÜR:
Toyota Land Cruiser – 2009+; Toyota Land Cruiser Prado – 2010+; Mitsubishi Pajero – 2011+; Changan UNI-Z. Yürüş 200 000 km-ə qədər arzuolunandır.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.