İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır;Ən keyfiyyətli və ən ucuz malların satıcılarını müəyyən edir və rəhbərliklə razılaşdırmaqla həmin malların alqı-satqısı və daşınması üzrə müqavilələrin hazırlanması və imzalanmasını təşkil edir;Xarici ölkədən alınmış malların Azərbaycan Respublikası ərazisinə daşınmasını, Azərbaycan Respublikasının gömrük sərhədində rəsmiləşdirilməsini və işəgötürənin müvafiq anbarlarına təhvil verilməsini təşkil edir;Apardığı yazışmaların, danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirləri görür;Qanun və digər normativ hüquqi aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət edir;Daxili və xarici tədarükçülərin seçimi və qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə tədarük edilən məhsul və xidmətlərin vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması;Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması;Xarici bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;Yerli bazarın monitorinqini aparmaq; bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;İstehsalçı fabrikalardan qiymətlərin alınması, müqayisəsinin çıxarılması; istehsalçı fabrika ilə müqavilələrin bağlanması.İstehsal istiqamətləri üzrə satınalmaların mövcud prosedurlara uyğun təşkili. Xammal sahəsində təcrübə olması üstünlükdür, İstehsal müəssisələrinin strateji alışlarını icra etməli bu işin məhsuliyyətinin fərqində olmalı və operativ işləməyə meyilli olmalıdır.
Tələblər:
Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə).Yaş aralığı: 25-50 yaş;İş təcrübəsi: müvafiq sahədə minimum 3 il;Kompüter biliyi: MS Office proqramları, 1C 8.3;Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;İstirahət: Şənbə və bazar günü;İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı;Şəhərin mərkəzində ofis;Peşəkar inkişaf üçün təlimlər və seminarlar;Dinamik və gənc komanda ilə iş imkanı.
Vakansiya növü: Tam ştat
Şirkət: Mətanət A Şirkətlər Qrupu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-satinalma-uzre-boyuk-mutexessis-52171/apply