İş haqqında məlumat:
Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə satınalma proseslərinin həyata keçirilməsi;Yerli və xarici bazarın, xüsusilə tikinti materialları bazarının mütəmadi araşdırılması və bazar qiymətlərinin monitorinqi;Yerli və xarici təchizatçıların araşdırılması, yeni və etibarlı təchizatçıların müəyyən edilməsi;Xarici təchizatçılarla ingilis dilində yazışmaların və işgüzar danışıqların aparılması;Təchizatçılardan kommersiya təkliflərinin alınması, qiymət, keyfiyyət, məhsul çeşidi, ödəniş və çatdırılma şərtlərinin müqayisəli təhlilinin aparılması;Məhsulların bazar tələbatının və satış potensialının araşdırılması;Yeni məhsulların və istehsalçıların araşdırılması və şirkət üçün uyğun məhsulların təklif edilməsi;Sifarişlərin hazırlanması və təchizat prosesinin sifarişdən çatdırılmaya qədər izlənilməsi;İdxal olunan məhsullar üzrə xarici təchizatçılar, logistika və çatdırılma prosesləri ilə bağlı işlərin koordinasiyası;Proforma invoice, invoice, packing list və digər satınalma sənədlərinin yoxlanılması;Mövcud təchizatçılarla əməkdaşlığın davam etdirilməsi və işgüzar münasibətlərin idarə olunması;Satınalma üzrə qiymət və şərtlərin optimallaşdırılması, daha sərfəli təkliflərin müəyyən edilməsi;Satınalma prosesləri ilə bağlı rəhbərliyə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər:
Ali təhsil;Satınalma sahəsində minimum 3 il iş təcrübəsi;Yerli və xarici bazarı, xüsusilə tikinti materialları bazarını yaxşı bilmək;İngilis dilini yaxşı səviyyədə bilmək və xarici təchizatçılarla sərbəst ünsiyyət qurmaq bacarığı;Kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə bazar və məhsul məlumatlarına sahib olmaq;Yerli və xarici təchizatçıların axtarışı və qiymətləndirilməsi üzrə təcrübə;MS Office proqramlarında, Mikro, xüsusilə Excel-də işləmək bacarığı;Analitik düşüncə, qiymət müqayisəsi və bazar təhlili aparmaq bacarığı;Güclü danışıqlar aparmaq və kommunikasiya bacarığı;Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;Komanda ilə işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.Əmək şəraiti:Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;Pozitiv və dinamik iş mühiti;İş qrafiki: Bazar ertəsi – Şənbə (6 gün);İş vaxtı: 09:00–18:00;Əmək haqqı 800-1000 AznÜnvan: Nərimanov, Əhməd Rəcəbli küç 208
Maaş: 800 - 1000 ₼
Son müraciət: 28/09/2026