Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak adlanan ərazidə 2 mərtəbəli, 5 otaqlı villa satılır. Villa 265 m² sahəyə malikdir və 6 sot torpaq üzərində yerləşir. Kupçası mövcuddur.
Geniş və abad həyəti, dekorativ ağacları, filtrli hovuzu, söhbətgahı, yay-qış mətbəxi var. Ərazidə kamera sistemi, işıqlandırma sistemi və Wi-Fi mövcuddur. Ev daimi su, işıq və qazla təmin olunub.
Villa rahat və sakit ərazidə yerləşir. Real alıcıya endirim olunacaq.