Azersun Holdingə daxil olan Al Market MMC komandamıza Satış Əməliyyatları Şöbə müdiri axtarılır!
Tələblər:
Ali təhsil;
Pərakəndə satış sahəsində 3–5 il iş təcrübəsi;
Mağaza əməliyyatlarının təşkili və idarə olunması üzrə biliklər;
Satış göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı;
MS Office, xüsusilə Excel proqramı üzrə biliklər;
Güclü liderlik, ünsiyyət və təşkilatçılıq bacarıqları;
Komanda idarəetməsi və operativ qərarvermə bacarığı.
Əmək funksiyaları:
Əməliyyat nəzarətçilərinin fəaliyyətini idarə etmək və koordinasiya etmək;
Mağazalarda satış, müştəri xidməti, itki və əməliyyat göstəricilərinə nəzarət etmək;
Satış, LFL, orta səbət, müştəri və büdcə göstəricilərini təhlil etmək;
Mağazaların şirkət standartlarına uyğun fəaliyyətini təmin etmək;
Əməliyyat problemlərinin həllini və audit nəticələri üzrə tədbirlərin icrasını təşkil etmək;
Əməliyyat nəzarətçilərinin performansını izləmək və inkişafını təmin etmək;
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Şirkətin strateji və əməliyyat hədəflərinin icrasına nəzarət etmək.
İş yeri: Gəncə şəhəri
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Satış Əməliyyatları Şöbə müdiri” qeyd etməklə göndərə bilərsiniz.
Son müraciət tarixi: 17.10.2026