İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: I–V günlər, tam iş günü. Ofissiz format — çevik iş rejimi,
sahə ziyarətləri və uzaqdan iş imkanı
Əmək haqqı: 500 AZN sabit + satış həcmindən asılı faiz və bonuslar
Müraciət müddəti: vakansiya bağlanana qədər
Vəzifə öhdəlikləri
Kafe, restoran, market və digər ticarət obyektləri ilə aktiv satışın həyata keçirilməsi (soyuq zənglər, görüşlər, sahə ziyarətləri);
Potensial müştəri bazasının formalaşdırılması və genişləndirilməsi;
Məhsulun (EvoPOS kassa sistemi) təqdimatı və demo nümayişinin keçirilməsi;
Danışıqların aparılması, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
Mövcud müştərilərlə əlaqələrin davam etdirilməsi, təkrar satış və abunəliyin uzadılması üzrə iş;
Satış planının icrası və mütəmadi hesabatlılıq;
Bazarın və rəqiblərin monitorinqi.
Tələblər
Satış sahəsində ən azı 1 il iş təcrübəsi;
HoReCa (kafe/restoran) sahəsində təcrübə üstünlükdür;
Dil bilikləri: Azərbaycan dili — səlis (mütləq şərtdir); rus dili — arzuolunandır (üstünlük verilir);
Kompüter bilikləri: MS Office, CRM sistemləri ilə iş bacarığı;
Yüksək ünsiyyət və inandırma qabiliyyəti, nəticəyönümlülük, müstəqil işləmə bacarığı və məsuliyyət hissi;
Ali təhsil arzuolunandır.
Şirkətin təklifi
Sabit əmək haqqı + satışdan faiz (gəlir limiti yoxdur);
Satışın həyata keçirilməsi ilə bağlı xərclərin şirkət tərəfindən ödənilməsi;
Çevik iş rejimi — ofisdə oturmaq tələb olunmur;
Məhsul üzrə tam təlim və dəstək;
Sürətlə inkişaf edən IT şirkətində karyera imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 500 AZN
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/evo-light-mmc-satis-meneceri-150975