Synergy Partnership Satış Meneceri axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Potensial müştərilərin axtarışı və müştəri bazasının genişləndirilməsi;
Müştərilərlə görüşlərin təşkili, ehtiyacların müəyyənləşdirilməsi və xidmətlərin təqdim edilməsi;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Müqavilələrin bağlanmasının təmin edilməsi və prosesin izlənilməsi
Satış planlarının icrası və müəyyən edilmiş aylıq/illik hədəflərə nail olunması;
Müştəri məmnuniyyətinin qorunması və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
Bazar və rəqiblərin araşdırılması
PR, marketinq, reklam və tədbir xidmətlərinin satışının həyata keçirilməsi.
Namizədə tələblər:
Satış və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Güclü kommunikasiya və təqdimat bacarıqları;
İşgüzar danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
Aktiv satış və yeni müştərilərin cəlb edilməsi üzrə bacarıqlar;
Analitik düşüncə və bazar araşdırması aparmaq qabiliyyəti;
Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
Komandada işləmək bacarığı;
MS Office proqramlarından istifadə bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
İngilis və/və ya rus dili biliyi üstünlükdür.
Əməkhaqqı:
Müsahibə nəticəsində namizədin təcrübə və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən ediləcək.
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00–18:00
Ayda 1 dəfə şənbə günü: 10:00–14:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/synergy-partnership-satis-meneceri-150957