Shimge Azərbaycan / Aqua Plus MMC mağazada çalışmaq üçün satış meneceri axtarır.
İşin mahiyyəti:
Mağazaya müraciət edən müştərilərə su nasosu və digər texniki məhsulların satışını həyata keçirmək
Müştərinin tələbinə uyğun nasos seçmək: məhsuldarlıq, basqı, mühərrik gücü və istifadə sahəsini müəyyənləşdirmək
Məhsulların texniki xüsusiyyətlərini və istifadə qaydasını müştəriyə düzgün izah etmək
Telefon və WhatsApp vasitəsilə daxil olan sorğuları cavablandırmaq
Qiymət təklifi hazırlamaq və müştəriyə göndərmək
Mövcud müştərilərlə əlaqəni davam etdirmək və yeni müştərilər cəlb etmək
Sifarişləri qəbul etmək, satış prosesini yekunlaşdırmaq və satış planına uyğun işləmək
Namizədə tələblər:
Satış sahəsində iş təcrübəsi
Müştəri ilə düzgün ünsiyyət və təqdimat bacarığı
Aktiv, məsuliyyətli və nəticəyə yönəlmiş olmaq
Kompüter və WhatsApp proqramından sərbəst istifadə etmək
Texniki məhsulları öyrənmək qabiliyyəti
Su nasosları, santexnika, tikinti materialları, istilik və ya digər texniki avadanlıqlar üzrə təcrübə üstünlükdür
Qeyd: Nasoslar haqqında ilkin məlumatı olmayan, lakin texniki məhsulları öyrənmək və satış sahəsində inkişaf etmək istəyən namizədlərə məhsullar öyrədiləcək.
Əməkhaqqı:
İlk 3 ay: 700 AZN sabit əməkhaqqı
3 aydan sonra: 700 AZN + satışdan faiz
Aktiv satış nəticələrinə əsasən aylıq gəlir 1300–1400 AZN və daha yüksək ola bilər
İş qrafiki:
İş saatı: 08:00–17:00
Ayda 2 dəfə bazar ertəsi istirahət günü
Ünvan:
Abşeron Ticarət Mərkəzi, Sıra 1, Korpus 7, Mağaza 5–6
SHIMGE Azərbaycan nümayəndəliyi
Vakansiya yalnız real satış təcrübəsi olan, müştəri ilə aktiv işləyə bilən və uzunmüddətli iş axtaran şəxslər üçündür.
Müraciət üçün CV-nizi WhatsApp və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin: +994 51 566 00 90
Maaş: 700 AZN
Son müraciət tarixi: 20.10.2026