Polymedical Company komandamıza Satış mütəxəssisi axtarır!
Kosmetologiya sahəsində aktiv ünsiyyət qurmağı və satışda inkişaf etməyi sevən namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
Kosmetoloqlarla əlaqələrin qurulması və müştəri bazasının genişləndirilməsi
Şirkətin kosmetoloji məhsullarının təqdimatı və satışı
Yeni müştərilərin cəlb edilməsi
Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi
Satış planının yerinə yetirilməsi
Məhsullar və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması
Namizədə tələblər:
Satış sahəsində iş təcrübəsi
Kosmetoloqlar və gözəllik klinikaları ilə iş təcrübəsi üstünlükdür
Azərbaycan dilində səlis danışıq qabiliyyəti
Güclü ünsiyyət və təqdimat bacarıqları
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
Səliqəli və təqdimatlı görünüş
Biz təklif edirik:
Stabil əməkhaqqı və satış bonusları
Peşəkar təlim və inkişaf imkanları
Mehriban və dinamik iş mühiti
Karyera yüksəlişi imkanı
İş yeri: Bakı
Müraciət və CV üçün WhatsApp: 070 207 66 61
Son müraciət tarixi: 08.10.2026