“AZERA Holding”in tərkibində fəaliyyət göstərən “Vetart” MMC satış komandasına rəhbərlik edəcək, nəticəyönümlü və peşəkar Satış üzrə Bölgə Müdiri axtarır.
Əsas vəzifələr:
Bölgə üzrə satış planlarının hazırlanması və icrasının təmin edilməsi;
Satış komandasının idarə olunması, motivasiyası və fəaliyyətinə nəzarət;
Bazar araşdırmalarının aparılması, rəqib və müştəri ehtiyaclarının təhlili;
Müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi;
Satış strategiyasının bölgə üzrə effektiv şəkildə həyata keçirilməsi;
Müştəri borclarının və debitor öhdəliklərinin nəzarətdə saxlanılması;
Korporativ müştərilərin cəlb edilməsi və satışın artırılması;
Aylıq satış planlarının hazırlanması və nəticələrin təhlili;
Satış, müştəri və maliyyə hesabatlarının hazırlanması;
Anbar sayımlarının və məhsul hərəkətinin nəzarətdə saxlanılması;
Aylıq satış və pul yığımının plan üzrə həyata keçirilməsinin təmin edilməsi;
Müştərilərlə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması.
Namizədə tələblər:
Ali təhsil;
Satış və idarəetmə sahəsində ən azı 3 il iş təcrübəsi;
Satış komandasının idarə edilməsi və satış strategiyalarının hazırlanması üzrə praktiki təcrübə;
Analitik düşüncə, liderlik, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Nəticəyönümlülük, məsuliyyətlilik və komandada işləmək bacarığı;
MS Office və CRM proqramları ilə işləmə bacarığı;
Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə, ingilis dili biliyi arzuolunandır.
İş şəraiti:
İş yeri: Regiaonlar üzrə
Əmək haqqı: Müsahibə əsasında
Müraciət üçün: başlığa Satış üzrə bölgə müdiri CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Peşəkar komandanın bir parçası olmaq üçün müraciət edin!
Son müraciət tarixi: 11.10.2026