KORPORATİV SATIŞ MENECERİ TƏLƏB OLUNUR – RENT A CAR
Avtomobil icarəsi şirkətimizə aktiv və nəticə yönümlü satış meneceri tələb olunur.
Əsas vəzifə: yeni korporativ müştərilər tapmaq, şirkət və təşkilatlarla əlaqə yaratmaq, görüşlər keçirmək və avtomobil icarəsi üzrə müqavilələr bağlamaq.
Vəzifələr: • Yeni şirkət və təşkilatların axtarışı
• Soyuq zənglərin edilməsi
• Şirkətlərə şəxsən görüşlərə getmək
• Rəhbərlər və qərar qəbul edən şəxslərlə danışıqlar aparmaq
• Avtomobillərimizi və icarə şərtlərimizi təqdim etmək
• Kommersiya təklifləri hazırlamaq
• Yeni korporativ müqavilələr bağlamaq
• Mövcud müştərilərlə əlaqələri qorumaq
Tələblər: • Satış sahəsində təcrübə
• Aktiv və ünsiyyətcil olmaq
• Danışıqlar aparmaq bacarığı
• Müştəri axtarmaq və cəlb etmək bacarığı
• B kateqoriyalı sürücülük vəsiqəsi
• Azərbaycan və rus dillərini bilmək
• Şəxsi avtomobilin olması üstünlükdür
Əmək haqqı: 800 AZN + faiz + bonuslar
Vacib: Biz yalnız ofisdə oturub gələn müştəriləri gözləyən əməkdaş axtarmırıq. Şirkətləri özü tapacaq, zəng edəcək, görüşlərə gedəcək və yeni korporativ müştərilər gətirəcək aktiv satış meneceri axtarırıq.
Maraqlanan şəxslər CV-lərini göndərə bilərlər.