Sea Breeze ərazisində yerləşən Brabus Island Baku layihəsində dəniz mənzərəli studio mənzil satışdadır. Mənzil 13 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir və ümumi sahəsi 47.78 m² təşkil edir.
Planlaşdırma rahat və funksionaldır. Daxili sahə 40.00 m²-dir. Mənzildə 30.75 m² yaşayış sahəsi olan geniş studio, sanitar qovşaq 3.34 m² və dəniz mənzərəli 7.78 m² eyvan mövcuddur. Açıq mətbəx konsepsiyası, işıqlı yaşayış sahəsi və geniş eyvan mənzilə həm rahatlıq, həm də müasir görünüş qazandırır.
Mənzil tam təmirli şəkildə təhvil veriləcək və yalnız mebel yerləşdirərək yaşamağa hazır olacaq. Layihənin təhvil tarixi 2031-ci ilin II rübü nəzərdə tutulur. Həm şəxsi yaşayış, həm də yüksək icarə gəliri və dəyər artımı baxımından investisiya üçün ideal seçimdir.
Qiymət: 219,788 ABŞ dolları.
Satışda olan mənzilin eləcə də Qiymət və ödəmə planları haqqında məlumatların aktuallığını öyrənmək üçün bizimlə əlaqə saxlayın.
Brabus Island layihəsində müxtəlif mənzil növləri də mövcuddur. 13 mərtəbəli layihədə ümumilikdə 608 yaşayış vahidi yer alır:
290 - Studio mənzil
234 - 1 yataq otaqlı mənzil
27 - 2 yataq otaqlı mənzil
11 - 3 yataq otaqlı mənzil
30 - Duplex mənzil
16 - Twin Villa
Brabus Island layihəsində mənzil sahibi olmaq üçün cəmi 15% ilkin ödəniş etməyiniz kifayətdir. Qalan məbləği isə 48 ay müddətinə faizsiz ödəniş planı ilə ödəyə bilərsiniz.
Satışlar birbaşa developer tərəfindən həyata keçirildiyinə görə həmçinin ilkin ödəniş məbləğini və ödəniş müddətini seçərək müxtəlif kampaniya və endirimlərdən yararlanmaq mümkündür.Həmçinin, rəsmi developer tərəfindən təqdim olunan investisiya üçün əlverişli digər off-plan layihələrimiz də mövcuddur. Arabian Ranches, Reportage Heights və Panorama by ELIE SAAB layihələrində mənzillər və villalar üçün sərfəli qiymətlər, çevik ödəniş planları və xüsusi endirimlər təklif olunur.
Su, İşıq, Qaz, İnternet, Mərkəzi istilik sistemi, Lift, Hovuz, Qapalı hovuz